Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 26
  • “Partiyanı oğluma necə verə bilərəm, o adam…” – Fəzail Ağamalı hər şeyi DANIŞDI

“Partiyanı oğluma necə verə bilərəm, o adam…” – Fəzail Ağamalı hər şeyi DANIŞDI

admin 26 Oktyabr 2025 4 minutes read
fezaill
PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb.

Məlumata görə, qurultayda partiya sədri Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında gərginlik baş verib, mübahisənin hətta əlbəyaxa dava səviyyəsinə çatdığı bildirilir.

Fəzail Ağamalı əlbəyaxa dava iddiasını təkzib etsə də, oğlu Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini etiraf edib:

“Nə dava, elə şey olar, ayıb deyil? Elə bir şey olmayıb. Qurultayda gərginlik yaşandı, bu səbəbdən də qurultay işini qeyri müəyyən zamana qədər təxirə salıb. Növbəti qurultaya qədər isə partiyanın sədri mənəm”

Partiyanın Mətbuat Xidmətinin Elçin Ağamalının sədr seçilməsi ilə bağlı yaydığı məlumata isə Fəzail Ağamalının reaksiyası belə olub:

“O, necə sədr seçilə bilər ki? Mən istefa verməmişəm.  Ana Vətən Partiyasının Mətbuat Xidməti fəaliyyət göstərmir, o necə belə bir məlumat yaya bilər. Oğlumun niyə belə etdiyinin səbəbini bilmirəm. Bu, mənim üçün ən ağrılı məsələlərdəndir. Onunla dəfələrlə söhbət etmişdim. Düzdür, onun müəyyən zaman kəsiyində müəyyən xidmətləri olub, amma bu adam 2016-cı ildən sonra partiya ilə əlaqələrini tamamilə kəsmişdi. 2020-ci ildə ona partiya işində fəal iştirak etməyə dəvət etsəm də, bundan imtina etdi. Amma son bir ildə birdən-birə ortaya çıxdı və ayrı-ayrı mövzularla bağlı çıxışlar edir”. 

Fəzail Ağamalı oğlunun 2024-cü ilə qədər hansısa fəaliyyətinin olmadığını bildirib: 

“Amma nədənsə indi iddiasını ortaya qoyub ki, sədr olmalıdır. Axı partiyada xidmətləri ondan da çox olan partiya üzvləri var. Niyə sədr onlar yox, bu olmalıdır? Mənim oğlum olduğuna görə? Mən belə şeyi qəbul etmirəm. Övlad, ailə başqa şeydir, siyasət və partiya idarəçiliyi başqa. Mən qurultayda da Elçinə dedim ki, səni övlad kimi çox sevirəm və oğlum kimi hər əziyyətinə dözməyə hazıram, amma sənin bugünkü yanaşman doğru deyil. İndi əgər o özünü sədr elan edibsə, bu artıq ciddi qanun pozuntusudur”.

Müsahibimiz 2029-cu ilə qədər partiya sədri səlahiyyətlərinin özündə olduğunu deyib: 

“Mən növbəti, 2029-cu ildə baş tutacaq qurultaya qədər sədr səlahiyyətlərini özümdə saxlayıram. Çünki qurultaydakı ab-hava xoşuma gəlmədi. İllərlə mənimlə çiyin-çiyinə gələn şəxslərin qurultaydakı anlaşılmaz mövqeləri məndə təəccüb yaratdı. Gördüm ki, burada nəsə xoşagəlməz proseslər gedir və qurultayda fasilə elan etmək məcburiyyətində qaldım. Qurultayda akkreditasiya olunmamış qonaqlar və çəkiliş qrupları vardı. Biz onlardan soruşanda ki, siz niyə buradasınız, cavab verdilər ki, bizi Elçin müəllim dəvət edib. Bunun da üstünü vurmadım, dedim, eybi yox. İstədim ki, qurultay işinə davam etsin. Amma Elçin özünün qeyri-məhdud ambisiyalarını, iddialarını ortaya qoyanda qərar verdim ki, qurultay bu şəkildə davam edə bilməz. Oğlumun partiya sədri olmağa mənəvi haqqı çatmır. O, 2016-cı ildən partiya ilə bütün əlaqələrini kəsmişdi. Sadəcə aparat rəhbəri kimi hərdən gəlib-gedirdi. Ona çox dedim, qulaq asmadı, axırda onu əmrlə partiyanın aparat rəhbəri vəzifəsindən də çıxartdım. O, siyasətdə özünü tapmayan adamdır, mən partiyanı ona necə verə bilərəm? Özünə də demişəm ki, siyasətdə gərək qatarın dalınca qaçmayasan, qatarın içində olasan”.

Partiya sədri növbəti sədr namizədinin isə qızı Günay Ağamalı olduğunu etiraf edib: 

“Qızım partiya sədrliyinə tam hazırdır və buna layiqdir. Qızımın fəaliyyəti ilə yaxından tanış olanlar da mənim bu fikrimlə razılaşar”. 

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Məqsəd Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir
Next: Ürəyin Döyüntüsündə

OXŞAR MÖVZULAR

4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026
qDuY3V3GKU6CaqJBvOi5j4nLftdPmiV1GFUqE4V5_1200

Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər

admin 23 Aprel 2026
Gn4Bv65RrWYKapt61md7Tk2W9oxOy8wmwIM2b270_1200

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.