Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 25
  • Məqsəd Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir

Məqsəd Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir

admin 25 Oktyabr 2025 4 minutes read
568721608_122173636166465556_7587604542082600225_n
PAYLAŞIN:
25 oktyabr tarixi Azərbaycan tarixində xüsusi bir yer tutur. Bu gün qəhrəmanlıq, qürur və qələbə rəmzi, Qubadlının işğaldan azad olunduğu gündür.
1988-ci ildən başlayaraq Еrmənistanla sərhəddə yеrləşən Qubadlı rayonuna təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Nəticədə minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
İşğal nəticəsində rayondan minlərlə məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Yüzlərlə yaşayış məntəqəsi, fərdi yaşayış evləri, inzibati binalar, sosial və mədəniyyət obyektləri, məscidlər, körpülər erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bundan başqa kənd təsərrüfatı obyeklərinin, avtomobil yollarının, su anbarları və magistral su xətlərinin, eləcə də elektrik xətləri və magistral qaz boru xətlərinin tamamilə dağıdılması ermənilərin təcavüzkar və vandal xarakterli olduğunu bir daha nümayiş etdirmişdir.
Bütün bunlara baxmayaraq, 27 il ərzində Qubadlı sakinləri doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Nəhayət, 2020-ci ilin Vətən müharibəsi zamanı bu arzu reallığa çevrildi.
2020-ci ilin 25 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda parlaq zəfərlər silsiləsini davam etdirərək, Qubadlı şəhərini erməni işğalından azad etmişdir.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək, şəhəri düşməndən tam təmizlədi. Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm addımlardan biri idi. Qəhrəman əsgərlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində Qubadlıda üçrəngli bayrağımız qürurla dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməklə, sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir.
Bu gün Qubadlıda yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələr, yollar, məktəblər, xəstəxanalar və müasir yaşayış məhəllələri inşa olunur. Məqsəd, doğma Qubadlını daha da gözəl, müasir və abad bir şəhərə çevirməkdir. 2040-cı ilə qədər şəhərin və rayondaxili infrastrukturun dirçəldilməsi və inkişafı planlanır. Rayonda minalardan təmizləmə işi başlanmışdır. Çünki, infrastrukturu sıfırdan qurmaqdan əvvəl təhlükəsizlik vacibdir.
Perspektivdə rayonda ekoturizm, kənd təsərrüfatı, azaldılmış su itkisi ilə yeni suvarma texnologiyaları kimi sahələrin inkişaf etdirilməsi planlanır. Əhalinin geri qayıdışı, mənzil mövcudluğu, sosial infrastrukturun işə salınması kimi sahələrdə isə zaman tələb olunur.
Bu gün xalqımız qürurla 25 oktyabr tarixini Qubadlı şəhəri günü kimi qeyd edir və bu gün təkcə bir şəhərin azad olunmasının deyil, həm də xalqımızın iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının təntənəsidir. Bütün Qubadlıları və xalqımızı bayram münasibətilə təbrik edirəm!
Allah şəhidlərimizə rəhmət eləsin!
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Loading

Visited 24 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın dirəniş, qələbə və əbədiyyət simvolu – Qubadlı
Next: “Partiyanı oğluma necə verə bilərəm, o adam…” – Fəzail Ağamalı hər şeyi DANIŞDI

OXŞAR MÖVZULAR

ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
4ffbf508-fed0-3b0a-b3d3-2465bf884e5e_1200 (2)

Azərbaycan XİN: Türkiyə ilə ortaq dəyərləmiz gələcək nəsillərə də həmrəylik ruhu aşılayacaq

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.