Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Sumqayıt Dövlət Universitetində ekoloji problemlər mövzusu müzakirə olunub
ÖZƏLELM VƏ TƏHSİL

Sumqayıt Dövlət Universitetində ekoloji problemlər mövzusu müzakirə olunub

21 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Oktyabrın 21-də Mühəndislik fakültəsinin təşkilatçılığı ilə “Sumqayıtda ekoloji problemlər və problemin həllində ETSN-nin gördüyü işlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri və universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. O, çıxışında dünyada baş verən ekoloji problemlərə, yer kürəsinin çirklənməsi, bunun insan genofonuna və canlı aləmə mənfi təsirləri, həmçinin okeanların ekosisteminə vurulan zərərlərə toxunub.

Prorektor qeyd edib ki, bu problemlərin qarşısını almaq və həll yolları tapmaq üçün hər birimiz maariflənməli, ekoloji düşüncəni inkişaf etdirməliyik. Sonra Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış edərək qonaqları və tələbələri salamlayıb. O, tələbələri belə tədbirlərdə fəal iştirak etməyə, yaranan fürsətlərdən maksimum faydalanmağa çağırıb. Tədbirdə Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri dosent Tünzalə Babayeva, Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev, qonaq qismində Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun məsləhətçiləri Nuriyyə Fətullayeva, Sevil Umudova və aparıcı məsləhətçi Rövşən Mehdiyev ekoloji problemlərin həlli yollarına toxunub, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, monitorinq fəaliyyətindən və bu sahədə tələbələrin rolu və imkanlarından danışıblar. Bildiriblər ki, belə maarifləndirici tədbirlər tələbələrdə ekoloji düşüncənin formalaşmasına, ətraf mühitə qarşı məsuliyyətli münasibətə xidmət edir. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmənin artırılmasına töhfə verir.

Tədbir tələbələrin sualları və qarşılıqlı müzakirələrlə davam edib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Süni intellekt müəllimləri əvəz edəcəkmi? – Təhsilin gələcəyi təhlükədə

Next

Ekspert: “Gənclərin işsiz qalmasının əsas səbəbi əmək bazarının öyrənilməməsidir”

Copyright 2026— Praqraf.com. All rights reserved