Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Qadın istismarı və insan alveri: Problemin mahiyyəti və həll yolları – Sosioloq Lalə Mehralı danışır
MANŞETCƏMİYYƏTÖZƏL

Qadın istismarı və insan alveri: Problemin mahiyyəti və həll yolları – Sosioloq Lalə Mehralı danışır

21 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Müasir dövrdə qadın istismarı və insan alveri təkcə cəmiyyətin deyil, beynəlxalq ictimaiyyətin də ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilib. Statistikalara görə, bəzi ölkələrdə hər 5-6 qadından biri fiziki və ya psixoloji zorakılığa məruz qalır. Təəssüf ki, bu acı reallıqdan Azərbaycan da kənarda qalmır.

Bu sosial bəlalarla mübarizədə effektiv yanaşmaların tapılması üçün ictimai şüurun formalaşdırılması, eləcə də mütəxəssis rəylərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Paraqraf.com-a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, hər ölkənin özünə görə reallıqları var və qadun hüquqları bərqərar olur:

“Yəni hər ölkədə fərqli formada qadınlar istismara məruz qalır. Hər ölkə bununla özünəməxsus şəkildə mübarizə aparır. Azərbaycanda da qanunlar daha çox qadınları qoruyur. Biz bunu qadın hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərdə də, məhkəmələrdə qadınlara daha öncəlikli və uyğun şərtlər yaradılmasında da müşahidə edirik. Yəni qadınlar ən yüksək səviyyədə qorunurlar. Sadəcə gender bərabərliyi, femminizm adı altında elə bir mənzərə yaradıldı ki, cəmiyyət həmişə əzilən qadınlardır deyə düşünür. İnsanlar kişinin döyülməsi, söyülməsi və bu kimi halları qəbul etmək istəmir”.

Sosioloq qeyd edib ki, zorakılaq kim məruz qalırsa, o insan öz hüquqlarının müdafiəsi üçün müvafiq addımlar atmalıdır:

“Uşaq da, yaşlılar da, qadınlar da, kişilər də zorakılığa məruz qala bilər. Bununla bağlı mövcud ölçülər götürülməlidir. Bəzən qadınlar, kişilər zorakılığa məruz qaldığlarını gizlədirlər. Zorakılığı cinslərə bölmək lazım deyil, zorakılıq cinsiyyəti olmayan davranışdır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gümrünün meri həbs edildi

Next

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında memorandum imzalanıb

Copyright 2026— Praqraf.com. All rights reserved