20 Sen 2026, Bz

Gümrünün meri həbs edildi

PAYLAŞIN:

Ermənistanın Korrupsiya əleyhinə məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib.

Paraqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Zarui Postancyan açıqlayıb.

Xatırladaq ki, oktyabrın 20-də Gümrü bələdiyyəsində axtarış həyata keçirilib. Əməliyyat zamanı V.Qukasyan və daha 7 nəfər rüşvət almaq ittihamı ilə saxlanılıblar.

Paraqraf.com

Loading