Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanın Şərəfli Oğlu – Mirzə İbrahimovun Doğum Günüdür
CƏMİYYƏTÖZƏL

Azərbaycanın Şərəfli Oğlu – Mirzə İbrahimovun Doğum Günüdür

16 Oktyabr 2025 3 Min Read
PAYLAŞIN:

Əziz dostlar, oktyabrın 15-i xalq yazıçısı, nasir, dramaturq, mütərcim, ictimai-siyasi xadim, elm və təhsil təşkilatçısı, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun doğum günüdür.

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 15-də, Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində dünyaya göz açmışdır. Zəhmətsevər bir ailədə böyüyən Mirzə uşaqlıqdan həyatın çətinlikləri ilə üzləşmiş, 7 yaşında anasını, 1919-cu ildə isə ard-arda atasını və qardaşını itirmişdir. Balaca yaşlarında Balaxanı və Zabratda muzdur kimi çalışaraq həyatla mübarizə aparmışdır.

1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində təhsil almış, eyni zamanda çalışaraq əmək vərdişləri qazanmışdır. Ədəbiyyata isə Zabrat fəhlə ədəbiyyatı dərnəyində ilk addımlarını atmış, 1930-cu illərin sonunda hələ 19 yaşı tamam olmamış Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv qəbul edilmişdir.

Zəhməti və istedadı sayəsində Mirzə İbrahimov Neft və Sənaye Texnikumunu bitirmiş, daha sonra SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutuna göndərilmiş, burada tanınmış alim Yevgeni Bertelsin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1937-ci ilin siyasi repressiyaları dövründə də cəsarət və ədalət nümunəsi göstərmişdir. Mərkəzi Komitənin iclasında Üzeyir Hacıbəyov və Səməd Vurğunun “xalq düşməni” elan edilməsinə qarşı çıxmış, açıq şəkildə onları müdafiə edərək, hətta öz həyatını riskə ataraq zalı tərk etmişdir. Bu hadisə onun prinsipial və vicdanlı şəxsiyyətinin bariz sübutudur.

Mirzə İbrahimovun fəaliyyəti çoxşaxəli və zəngindir. 1942–1946-cı illərdə Maarif naziri, daha sonra isə İncəsənət İşləri İdarəsinin rəisi kimi ölkədə təhsil və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. 1945-ci ildə yaradılan Azərbaycan Elmlər Akademiyasının ilk 15 üzvündən biri olmuşdur.

O, həmçinin 1947–1950-ci illərdə Nazirlər Soveti sədrinin müavini, 1954–1958-ci illərdə isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri kimi yüksək dövlət vəzifələrində çalışmışdır. 1956-cı ildə onun təşəbbüsü ilə Konstitusiyaya “Azərbaycan SSR-in dövlət dili – Azərbaycan dili” maddəsi əlavə olunmuşdur. Bu addım milli kimliyin qorunmasında mühüm əhəmiyyət daşımışdır.

1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi beynəlxalq aləmdə Azərbaycanı və Sovet İttifaqını təmsil etmiş, bir sıra mühüm beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Yazıçı kimi onun “Həyat”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər əsərləri Azərbaycan ədəbiyyatında silinməz izlər qoymuş, uzun illər məktəblərdə, ali təhsil müəssisələrində sevilə-sevilə oxunmuşdur.

Mirzə İbrahimov təkcə ədəbiyyatda deyil, siyasətdə, elmdə və ictimai həyatda da öz sözü olan, mübariz, aydın düşüncəli bir ziyalı idi. O, daim haqqın tərəfində olmuş, istər Stalin dövründə, istərsə də Brejnev və Qorbaçov illərində milli maraqları müdafiə etməkdən çəkinməmişdir. Üzeyir Hacıbəyov və Səməd Vurğun kimi şəxsiyyətlərin müdafiəsinə qalxaraq əsl ziyalı cəsarətini nümayiş etdirmişdir.

Mirzə İbrahimovun əməyi yüksək qiymətləndirilmiş, o, bir çox orden və mükafatlara layiq görülmüşdür:

  • 3 dəfə “Lenin” ordeni (1946, 1967, 1981)

  • 2 dəfə “Stalin” mükafatı (1948, 1951)

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943)

  • Azərbaycan SSR xalq yazıçısı (1961)

  • Azərbaycan SSR Dövlət Mükafatı (1965)

  • Oktyabr İnqilabı ordeni (1971)

  • Beynəlxalq Nehru mükafatı (1979)

  • və nəhayət, Sosialist Əməyi Qəhrəmanı fəxri adı (1981)

Onun həyat yolu Sabunçu Dəmiryol Vağzalında su satan yetim bir uşaqdan böyük dövlət və elm adamına qədər uzanan unikal bir yol idi. Xalqına, millətinə, ədəbiyyata və insanlığa bağlı bu nəhəng şəxsiyyət 1993-cü il dekabrın 17-də vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mirzə İbrahimov — millətini sevən, Vətənin mənəvi dayaqlarından biri olmuş örnək bir insan idi.
Allah ona rəhmət eləsin.

Misir Mərdənov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qəlbində Yaşayan Səs

Next

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

Copyright 2026— Praqraf.com. All rights reserved