Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Parla” proqramından 27 qız məzun olub
CƏMİYYƏT

“Parla” proqramından 27 qız məzun olub

15 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Təhsilin İnkişafı Fondunun (TİF) “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının ikinci məzun günü baş tutub.

Paraqraf.com xəbər verir ki, proqram çərçivəsində bu il 27 istedadlı gənc qadın təhsilini uğurla başa vuraraq “Parla məzunları” sırasına qoşulub.

Beləliklə, indiyədək 41 iştirakçı proqramı bitirib, 59 nəfər isə hazırda təhsilini davam etdirir. Ümumilikdə “Parla” təqaüd və inkişaf proqramı 100 tələbə qız üçün təqaüd imkanı yaradıb.

Məzun günündə “NEQSOL Holding”in nümayəndələri Meriç Tunc və Ana Nakaşidze, eləcə də Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış edərək, iştirakçılarla fikirlərini bölüşüb, onlara gələcək karyera inkişafında uğurlar arzulayıblar.

Tədbir zamanı məzunlara sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı maddi dəstəklə yanaşı, iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək göstərmək məqsədilə ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar üzrə təlimlər, “NEQSOL Holding” və onun qrup şirkətlərində təcrübə proqramları, “NEQSOL Academy” və “NEQSOL WellWave” platformalarına çıxış, eləcə də mentorluq düşərgəsi kimi imkanları özündə birləşdirib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda Zəfər Günü parad olacaq – FOTO

Next

Keçmiş icra başçısı: “Ramiz Mehdiyev Rusiyaya bağlı adamdır”

Copyright 2026— Praqraf.com. All rights reserved