20 Sen 2026, Bz

Bakıda Zəfər Günü parad olacaq – FOTO

PAYLAŞIN:

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. 

Paraqraf.com xəbər verir ki, parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.

Artıq parada hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.

 

Paraqraf.com

Loading