Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Türkanə Səfərova Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü seçildi
ÖZƏL

Türkanə Səfərova Qan Donorluğunun İnkişafı Mərkəzinin fəxri üzvü seçildi

14 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Müasir Azərbaycan gəncliyinin fəxarət doğuran simalarından biri olan Türkanə Səfərova cəmiyyətə verdiyi töhfələr, söz sənətindəki ustalığı və ictimai fəallığı ilə xüsusi fərqlənir. Gənc yaşına baxmayaraq, onun qazandığı uğurlar və göstərdiyi təşəbbüslər geniş ictimaiyyətin diqqətini cəlb edib.

Türkanə xanım – Paraqraf.com saytının təsisçisi, tədbir təşkilatçısı, Zəngəzur TV-nin icraçı direktor müavini, eyni zamanda sözün gücü ilə könüllərə yol tapan bir ziyalı kimi tanınır. Onun fəaliyyəti təkcə media və yaradıcılıq sahəsi ilə məhdudlaşmır – o, həm də gənclər arasında vətənpərvərlik, könüllülük və sosial məsuliyyət dəyərlərinin təşviqində aktiv rol oynayır.

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi tərəfindən Türkanə Səfərovanın İdarə Heyətinin Fəxri üzvü seçilməsi onun ictimai nüfuzunun və əməllərinin layiqli qiymətləndirilməsidir. Bu təyinat, gənc bir ziyalının cəmiyyətə, xüsusilə də insan həyatının qorunmasına yönəlmiş təşəbbüslərə nə qədər önəm verdiyini göstərir.

Mərkəzin İdarə Heyətinin sədri Fuad Rəsul bu münasibətlə Türkanə xanımı təbrik edərək, onun kimi dəyərli insanların varlığının qurumun fəaliyyətinə yeni enerji və mənəvi güc qatdığını xüsusi vurğulayıb. O, həmçinin Türkanə xanıma gələcək fəaliyyətində uğurlar, yaradıcılıq yolunda isə daim ilham arzulayıb.

Türkanə Səfərova kimi gənclər ölkəmizin ictimai-mədəni inkişafında müstəsna rol oynayır. Onun nümunəsi bir daha sübut edir ki, müasir Azərbaycan gənci istedadı, təşəbbüskarlığı və vətənpərvərliyi ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmək gücünə sahibdir.

Fuad Rəsul
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin
İdarə Heyətinin sədri

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pul haqqında düşüncələr insan həyatına necə təsir edir?

Next

“Qarabağ”ın məşqçisi: “Məşq prosesi baxımından “Qalatasaray”la ciddi fərqimiz yoxdur”

Copyright 2026— Praqraf.com. All rights reserved