Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Samirə Hüseynova: Qızlarımız gələcəyin işığıdır
ÖZƏL

Samirə Hüseynova: Qızlarımız gələcəyin işığıdır

13 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

11 oktyabr – Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Qızlar Günü kimi qeyd olunur. Amma bu tarix sadəcə təqvimdə bir gün deyil. Bu gün – gələcəyin anası, müəllimi, vətəndaşı olacaq hər bir qızın dəyərini xatırladan, onların səsini, ümidini və gücünü dünyaya çatdıran gündür.

Qız uşağı böyütmək – gələcəyi formalaşdırmaq, cəmiyyətin mənəvi dayaqlarını möhkəmləndirmək deməkdir. Hər bir qız övladında bir həyat, bir ümid, bir millətin sabahı yatır. Bizlər  bu gələcəyi qorumaq, gücləndirmək və işıqlandırmaq üçün var gücümüzlə çalışmalıyıq.Qızlarımız bizim üçün sadəcə evin sevinci deyil, həm də sabahın ümididir. Onlar böyüyür, dəyişir, öyrənir, öyrədir və hər addımları ilə cəmiyyətin inkişafına töhfə verirlər. Qız uşağının oxuması, təhsil alması, öz istedadını tapması  təkcə ailənin deyil, həm də xalqın qazancıdır.

Bu gün Azərbaycan qızları hər sahədə uğur qazanır. – elm, mədəniyyət, idman, texnologiya, dövlət idarəçiliyi… Onların müvəffəqiyyəti cəmiyyətimizi  qürurlandırır. Hər bir nailiyyətin arxasında ailə sevgisi, dövlət dəstəyi və möhkəm iradə dayanır. Xüsusilə son illərdə ölkəmizdə qadın və qızların sosial fəallığının artırılmasına, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsinə göstərilən diqqət və qayğı dövlətin gender bərabərliyinə, eləcə də cəmiyyətin hərtərəfli inkişafına verdiyi önəmin bariz göstəricisidir.Amma unutmamalıyıq ki, hələ də bəzi ailələrdə “qız uşağı oxumasa da olar” kimi düşüncələr qalır. Halbuki, bir qızın təhsildən məhrum qalması – bir xalqın gələcəyinin zəifləməsi deməkdir. Qızlarımızın qarşısında maneələr deyil, inam və dəyərlər yaratmaq lazımdır.

Qızlar bizim qürurumuz, gücümüz və gələcəyimizdir. Mən bir təhsil işçisi olaraq Qızlar Günündə bütün qız uşaqlarını ürəkdən təbrik edirəm.Arzu edirəm ki,hər  bir qızın həyatı təhsillə, azadlıqla, inamla və xoşbəxtliklə dolsun.

Samirə Adəm qızı Hüseynova 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tərtərdə ağır qəza

Next

Soyqırımın Təfəkkürlə Deformasiyası: Kübra Məhərrəmovanın Qəzzaya Baxışına CAVAB

Copyright 2026— Praqraf.com. All rights reserved