Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/NATO daxilində gərginlik: Baş katib Rütte Estoniyanın Baş naziri Mixala səsini qaldırıb
DÜNYA

NATO daxilində gərginlik: Baş katib Rütte Estoniyanın Baş naziri Mixala səsini qaldırıb

02 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

NATO-nun Baş katibi Mark Rütte Rusiyanın “MiQ-31” qırıcılarının uçuşuna blokun reaksiyası ilə bağlı mübahisə zamanı Estoniyanın Baş naziri Kristen Mixala səsini qaldırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Fox News” nəşri mənbələrə istinadən məlumat verib.

Üç avropalı rəsminin haqqında bəhs etdiyi insident Estoniyanın NATO müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə başlamasından sonra baş verib, hansı ki, bu maddə alyansa üzv dövlətlərə təhlükəsizlik təhdidlərinin kollektiv müzakirəsini nəzərdə tutur.

Qeyd edilir ki, Mark Rütte mümkün təhlükəsizlik təhlükəsi zamanı məsləhətləşmələr barədə alyansın 4-cü maddəsinin həddən artıq tətbiqinin yolverilməzliyindən danışıb. Daha əvvəl Estoniya Rusiya təyyarələri ilə insidentdən sonra buna müraciət etmişdi.

Alyansın baş katibi bu mexanizmdən həddən artıq istifadənin müqavilənin “gücünün zəifləməsinə” səbəb ola biləcəyi fikrini ifadə edib. Mark Rütte bu cür hadisələrə daha balanslı yanaşmanın olmasında israr edib.

“Mənbələrdən biri bildirib ki, o (Rütte – red.), hətta Mixala səsini qaldırıb və xəbərdarlıq edib ki, NATO həyəcan təbilini nə qədər tez-tez çaldığına diqqət yetirməlidir”, – deyə nəşr yazıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Dövlət agentliyinin işdən çıxan direktorunun vəzifələrini kim icra edir?

Next

Makqreqor Ağ Evdə UFC turnirində iştirak edəcək

Copyright 2026— Praqraf.com. All rights reserved