Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Dövlət agentliyinin işdən çıxan direktorunun vəzifələrini kim icra edir?
CƏMİYYƏT

Dövlət agentliyinin işdən çıxan direktorunun vəzifələrini kim icra edir?

02 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinin icrası agentliyin direktor müavini Simnar Mamedova həvalə olunub.

Paraqraf.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Xatırladaq ki, Simnar Mamedov 2007-ci ildə Bakı Dövlət Universitetinin “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bakalavriat pilləsini, 2010-cu ildə isə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə dissertanturaya qəbul olub.

Simnar Mamedov 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində akademik məsləhətçi, 2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədris işləri üzrə dekan müavini, 2018-2021-ci illər ərzində isə Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət təminatı sektorunun rəhbəri və Tədris metodiki şöbənin müdiri vəzifələrində çalışıb.

O, 2021-ci ilin noyabr ayından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və Lisenziya şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayıb, 31 yanvar 2024-cü il tarixinə kimi TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin, Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi, habelə peşə təhsili müəssisələri üçün akkreditasiya meyarlarının hazırlanması və pilot tətbiqi ilə bağlı tədbirlərin icrasında iştirak edib.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

FTB-də həyəcan: Ciddi risklər yaranıb

Next

NATO daxilində gərginlik: Baş katib Rütte Estoniyanın Baş naziri Mixala səsini qaldırıb

Copyright 2026— Praqraf.com. All rights reserved