Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Formula-1” komandanın direktoruna külli miqdarda pul qazandırdı
DÜNYA

“Formula-1” komandanın direktoruna külli miqdarda pul qazandırdı

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“McLaren Racing Limited” şirkətinin baş icraçı direktoru Zek Braun “Formula-1”üzrə dünya çempionatında komandasının Mühəndislər Kubokunda qalib gəlməsi sayəsində 2024-cü ildə 37.3 milyon funt sterlinq (50 milyon dollar) gəlir əldə edib.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Bildirilib ki, bir il əvvəl həmin rəqəm təqribən 26.4 milyon funt sterlinq təşkil edib.

“McLaren F1 Team” 2024-cü ildə 1998-ci ildən etibarən ilk dəfə “kral yarışlarının” Mühəndislər Kubokunu qazanıb. Komanda bu il də turnir cədvəlinə başçılıq edir və vaxtından əvvəl qələbə qazana bilər.

Şəxsi hesabda mübarizədə isə ilk iki yerdə komandanın pilotları – Oskar Piastri və Lando Norris qərarlaşıblar.

Hesabatda deyilir ki, “McLaren Group”un 2024-cü ildə qazancı 23 faiz artaraq 530.3 milyon funt sterlinqə çatıb, vergitutmadan əvvəlki gəlir üç dəfə artaraq 37.5 milyon funt sterlinq təşkil edib.

“McLaren Group”un əsas səhmdarları Bəhreynin “Mumtalakat” suveren fondu və BƏƏ-nin “CYVN Holdings” investisiya fondu avqust ayında “McLaren Racing”in minoritar səhmdarlara məxsus səhmlərinin 30 faizini əldə edərək komanda üzərində tam nəzarət əldə ediblər. Komanda sövdələşmədə 3 milyard funt sterlinqdən çox dəyərləndirilib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Böyük Britaniyanın Hitrou hava limanında yanğın baş verib

Next

Keyt Middlton və şahzadə Uilyam qonşularını qəzəbləndirdilər

Copyright 2026— Praqraf.com. All rights reserved