PAYLAŞIN:

İslandiya XİN prezident Donald Trampın adanı Kanada, Qrenlandiya, Meksika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri ilə birlikdə Amerika bayrağı altında təsvir edən xəritə dərc etməsindən sonra ABŞ səfirini çağırıb.

Paraqraf.com “Reuters”ə istinadən xəbər verir ki, xəritədəki bütün ərazi ABŞ ərazisi kimi qeyd edilmişdi.

Tramp şəkli heç bir izahat vermədən “Truth Social” platformasında paylaşmışdı.

İslandiyanın xarici işlər naziri Torgerdür Qunnarsdottir yalnız keçən ay rəsmi olaraq vəzifəyə başlayan amerikalı səfir Billi Lonqu çağırıb.

“Bu paylaşımın tamamilə yolverilməz olduğu barədə mövqe açıq şəkildə ifadə edildi”, – İslandiyanın xarici siyasət idarəsindən bildiriblər.

Trampın paylaşımı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin səfəri zamanı Qrenlandiyaya 200 milyon avro (232,5 milyon dollar) investisiya yatırılacağını elan etməsindən bir neçə saat sonra ortaya çıxdı.

 

Paraqraf.com 

Loading