PAYLAŞIN:

İndoneziya hökuməti Anak-Krakatau vulkanının püskürməsindən sonra vulkanik külün yayılması səbəbindən səkkiz aeroportun müvəqqəti bağlanma vaxtını saat 24:00-a (Bakı vaxtı ilə 21:00) qədər uzadıb.

Paraqraf.com yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Dudi Purvaqandi məlumat verib.

Onun sözlərinə görə, qərar uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

O əlavə edib ki, Nəqliyyat Nazirliyi vulkanın fəallığını və vulkanik külün yayılmasını, həmçinin onların hava məkanına və aeroportların fəaliyyətinə təsirini izləməyə davam edir.

“Monitorinqin nəticələrinə əsasən, zərər görmüş səkkiz aeroportun bağlanma vaxtı saat 24:00-a qədər uzadılıb”, – Purvaqandi bildirib.

Siyahıya Tanqeranqdakı Sukarno-Hatta, Cakartadakı Halim Perdanakusuma, Lampunqdakı Radin İnten II, Bandunqdakı Hüseyn Sastraneqara, Çuruqdakı Budiarto, Cənubi Tanqeranqdakı Pondok-Kabe, Pesisir-Baratdakı (Lampunq əyaləti) Taufik Kiemas və Paqar-Alamdakı (Cənubi Sumatra əyaləti) Atunq Bunqsu aeroportları daxil edilib.

 

Paraqraf.com 

Loading