PAYLAŞIN:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə dəyib.

Nəticədə “Hyundai” markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb. Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Paraqraf.com 

Loading