Aerial view of Soekarno-Hatta International Airport, Jakarta (edited horizon). The view taken in 2 January 2010 from Garuda Indonesia airplane during take-off. The architecture reflect Indonesian vernacular architecture of Javanese Joglo roof with Pendopo as gate lounges (waiting hall) surrounded with tropical gardens.
PAYLAŞIN:

İndoneziyanın Anak-Krakatau vulkanında baş verən silsilə püskürmələr paytaxtın Sukarno-Hatta hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

Paraqraf.com xəbər verir ki, bu barədə hava limanının sosial şəbəkə hesablarında məlumat verilib.

“Anak-Krakatau vulkanında artan aktivlik səbəbindən Sukarno-Hatta beynəlxalq hava limanı aviareysləri müvəqqəti dayandırıb”, – deyə məlumatda qeyd olunub.

Sukarno-Hatta hava limanı sərnişinlərə reyslərin statusu ilə bağlı aktual məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.

Anak-Krakatau vulkanında aktivliyin artması bu ilin iyulunda baş verib. Həmin vaxt yerli hakimiyyət orqanları təhlükə səviyyəsini dördballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıb.

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində təxminən 36 min nəfər həlak olub. 1927-ci ildə fəlakətin baş verdiyi ərazidə yeni vulkan – Anak-Krakatau (“Krakataunun oğlu”) əmələ gəlib və hazırda da aktivliyini qoruyur.

2018-ci ilin dekabrında vulkanın bir hissəsinin çökməsi və ardınca sunaminin baş verməsi nəticəsində 430-dan çox insan həlak olub, təxminən 14 min nəfər yaralanıb.

 

Paraqraf.com 

Loading