PAYLAŞIN:

Boliviyanın Viaça şəhərindəki hərbi texnikanın təmiri mərkəzində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb, daha 59 insan yaralanıb.

Paraqraf.com-un xəbərinə görə, bu barədə “Unitel” telekanalı polisə istinadən məlumat yayıb.

“İki nəfər ölüb, yeddi nəfər itkin düşüb, 59 nəfər yaralanıb”, – telekanal veb saytında polis komandanının müavini Rocer Roka istinadən bildirib.

Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, yaralılardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir.

Xilasetmə qrupları hadisə yerində işləyir. Nazir bildirib ki, partlayış “pirotexniki materialların” saxlanıldığı sektorda baş verib.

Zərbə dalğası yaxınlıqdakı evlərə də ziyan vurub.

 

Paraqraf.com 

Loading