PAYLAŞIN:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 127,372 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

Paraqraf.com Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Avqustda isə Türkiyə Azərbaycana 16,196 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,9 % çoxdur.

Yanvar-avqust aylarında Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 1,9 % azalaraq 7,893 milyard ABŞ dollarına, avqustda isə 0,3 % artaraq 0,958 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları idxalını İraq (983,543 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 15,8 % az), ABŞ (596,871 milyon ABŞ dolları, 4,1 % çox) və İspaniya (330,309 milyon ABŞ dolları, 35,2 % çox) dəyərində həyata keçirib.

 

Paraqraf.com 

Loading