Bakıda güclü külək ağacı aşırdı – VİDEO
Bu gün səhər saatlarında Bakıda güclü küləyin təsiri nəticəsində ağac aşıb.
Paraqraf.com xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.
Hadisə yerinə operativ şəkildə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin briqadaları cəlb olunub. Briqadalar tərəfindən aşan ağacın kəsilməsi və budaqların budanması işləri həyata keçirilib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()