PAYLAŞIN:

İspan rəssamı Pablo Pikassonun fotoqraf Dora Maarın rəsmi Londonda keçirilən hərracda 1,3 milyon funt sterlinqə (təxminən 1,7 milyon dollar) satılıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə “Sotheby’s” hərrac evi bildirib.

Əsərin təxmini qiyməti 600 000 – 800 000 funt sterlinq olub.

Pikasso Maarın portretini 1936-cı ilin noyabrında, ilk görüşlərindən və münasibətlərinin başlanğıcından qısa müddət sonra çəkib. Rəssam daha sonra rəsmi sevgilisinə hədiyyə edib və sevgilisi onu 1997-ci ildə ölümünə qədər saxlayıb.

Əsər daha sonra britaniyalı iş adamı və investor Co Lyuisin kolleksiyasına daxil olub.

 

Paraqraf.com 

Loading