PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı bir sıra açıqlamalar verib.

Paraqraf.com-un “Haber Global”a istinadən xəbərinə görə, ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

“Ərdoğan mənim dostumdur. O, çox güclü insandır”, – Tramp deyib. ABŞ lideri əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək zirvə toplantısında iştirak edəcək: “NATO-nun Ankarada keçiriləcək zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq ora gedirəm”.

Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala “Türkiyəni məmnun edəcək bir şey edəcəyəm”, – cavabını verib.

ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb: “İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs edildikdə ağlıma ilk olaraq Ərdoğan gəlir”.

Qeyd edək ki, Ankarada NATO-nun sammiti 7-8 iyulda keçiriləcək.

 

Paraqraf.com 

Loading