Naxçıvanda fiziki qüsurlu yeniyetmə əlil arabasından yıxılaraq ölüb
Naxçıvanda fiziki qüsurlu 10 yaşlı oğlan təkərli oturacaqdan (əlil arabasından) yıxılaraq ölüb.
Paraqraf.com xəbər verir ki, Babək rayonu Şıxmahmud kənd sakini 2016-cı il təvəllüdlü Rəhman Ramin oğlu Əlizadə yaşadığı evin həyətində təkərli oturacaqdan yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Paraqraf.com
![]()