PAYLAŞIN:

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə Paraqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun meyiti sahildə aşkar edilib.

Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

 

Paraqraf.com 

Loading