Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İƏT ölkələri qarşılıqlı ticarət və investisiyalardakı maneələri aradan qaldırmağa çağırıb
SİYASƏT

İƏT ölkələri qarşılıqlı ticarət və investisiyalardakı maneələri aradan qaldırmağa çağırıb

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçıları inkişafa dəstək olmaq və İslam dünyasının qarşısında duran çoxsaylı çağırışların öhdəsindən gəlmək üçün İslam dövlətlərinin iqtisadi əməkdaşlığının, inteqrasiyasının gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Paraqraf.com xəbər verir ki, bu, konfransın yekunlarına əsasən qəbul edilmiş Bakı Bəyannaməsində öz əksini tapıb.

Sənəddə davamlı, şaxələndirilmiş, dayanıqlı və inklüziv iqtisadi artımın təşviqi, investisiyaların, sənaye əməkdaşlığının artırılması və regional istehsal-satış zəncirlərinin inkişafı yolu ilə İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə sadiqlik təsdiq edilib.

“Üzv dövlətlərin parlamentlərini İƏT çərçivəsində qarşılıqlı ticarət və investisiyalarda maneələrin aradan qaldırılmasına, ticarətin asanlaşdırılması üzrə tədbirlərin inkişafına, gömrük əməkdaşlığının genişləndirilməsinə və İƏT-in mövcud ticari-iqtisadi mexanizmlərinin effektiv şəkildə icrasına töhfə verməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Bakı Bəyannaməsində həmçinin İƏT-ə üzv dövlətlərin regional qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə, ticarətin genişləndirilməsinə və dayanıqlı iqtisadi inteqrasiyasına yönəlmiş təhlükəsiz, dayanıqlı və qarşılıqlı əlaqəli nəqliyyat, tranzit və logistika dəhlizlərinin inkişafına dəstək təsdiq edilib.

Bəyannamədə həmçinin üzv dövlətlərin milli şərtləri və inkişaf prioritetləri nəzərə alınmaqla enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması, “yaşıl texnologiyalar”ın tətbiqi və dayanıqlı enerji keçidi sahəsində əməkdaşlığa dəstək ifadə olunub.

Bundan əlavə, sənəddə İƏT-ə üzv dövlətlərə dayanıqlı inkişafı təşviq etmək, indiki və gələcək nəsillərin maraqları naminə beynəlxalq iqlim öhdəliklərini yerinə yetirmək məqsədilə əlaqələndirilmiş fəaliyyətlər vasitəsilə iqlim dəyişikliyinə qarşı mübarizədə əməkdaşlığı gücləndirmək barədə çağırış yer alıb.

Bundan başqa, sənəddə İƏT-ə üzv dövlətlərin dayanıqlı inkişafının təmin edilməsi üçün dayanıqlı infrastruktura investisiyaların səfərbər edilməsi və “yaşıl layihələr”in maliyyələşdirilməsi mexanizmlərinin inkişaf etdirilməsi zərurəti vurğulanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Next

Ceyhun Bayramov polşalı həmkarı ilə Cənubi Qafqazı və Ukraynaya dəstəyi müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved