Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq
MƏDƏNİYYƏT

Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Budapeştdə fəaliyyət göstərən Etnoqrafiya Muzeyində iyunun 26-da “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisi açılacaq.

Paraqraf.com xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, qlobal .ART domen reyestrinin təşkilatçılığı ilə keçirilir.

Ekspozisiyada XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdiriləcək.

Ziyarətçilər Qarabağ, Şirvan, Bakı və digər tarixi bölgələrin incə nəbati və həndəsi ornamentləri, həmçinin yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən özünəməxsus xalçaçılıq ənənələri ilə yaxından tanış olacaqlar.

Sərgidə Xalq rəssamları Lətif Kərimov və Eldar Mikayılzadənin əsərləri və xalça eskizləri, həmçinin rəssam Çingiz Babayevin müasir bədii axtarışlarını əks etdirən əsəri təqdim olunacaq. Bundan əlavə, multidissiplinar rəssam Mədinənin material, yaddaş və vizual strukturun kəsişməsində formalaşan yaradıcılığına xüsusi yer ayrılacaq.

Sərginin əsas konseptual xətti ənənəvi ornamental dilin müasir bədii ifadə formasına transformasiyasıdır. Burada tarixi xalçalar müasir incəsənət nümunələri və immersiv sərgi dizaynı ilə birlikdə təqdim olunaraq Azərbaycan tekstil ənənələrinin zamanlararası aktuallığını, estetik gücünü və mədəni əhəmiyyətini ön plana çıxarır. Monumental xalçalar, müasir rəngkarlıq əsərləri və rəqəmsal instalyasiyalar keçmişlə bu gün arasında canlı dialoq yaradır.

Azərbaycan xalçaçılıq sənətini əks etdirən nadir eksponatların nümayişi ziyarətçilərdə bu zəngin və mühüm mədəni irsimiz haqqında dolğun və yaddaqalan təəssürat formalaşdıracaq.

Sərgi iyulun 26-dək davam edəcək.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan neftinin qiyməti 3 dollardan çox aşağı düşüb

Next

Finlandiya Ukraynaya silah alışı üçün 40 milyon avro ayıracaq

Copyright 2026— Praqraf.com. All rights reserved