Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/“ASAN Xidmət”in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
MƏDƏNİYYƏT

“ASAN Xidmət”in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən BMT-nin Dövlət Xidməti Forumunda iştirak etmək məqsədilə səfərdədir.

Paraqraf.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb.

Dövlət agentliyinin sədri sonra forumun açılış mərasimində iştirak edib. “Dövlət institutlarının transformasiyası: innovasiyanın, iştirakçılığın və inklüzivliyin inkişafı” mövzusuna həsr olunan tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua və müxtəlif ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Ü.Mehdiyev Forum çərçivəsində Şri-Lanka və Banqladeşin müvafiq sahə üzrə fəaliyyət göstərən nazirləri, eləcə də Gürcüstanın ədliyyə naziri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı “ASAN Xidmət” modelinin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat təqdim olunub. Şri-Lanka və Banqladeş tərəfləri bu modelin öz ölkələrində tətbiqinə maraq göstərdiklərini bildiriblər.

Gürcüstanın ədliyyə naziri ilə keçirilən görüşdə isə forumun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklər çatdırılıb, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ü.Mehdiyevin Gürcüstana səfəri davam edir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

XİN Sloveniyanı Dövlətçilik Günü münasibətilə təbrik edib

Next

Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonda beynəlxalq ictimaiyyətə tanıdılıb

Copyright 2026— Praqraf.com. All rights reserved