Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/AMEA-da elmi işçilərin fəaliyyəti 4 istiqamət üzrə ballarla ölçüləcək
ELM VƏ TƏHSİL

AMEA-da elmi işçilərin fəaliyyəti 4 istiqamət üzrə ballarla ölçüləcək

25 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır.

Paraqraf.com xəbər verir ki, bu barədə Akademiyanın prezidenti İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin genişləndirilmiş iclasında məlumat verib.

Onun sözlərinə görə, həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək:

“Elmi işçilərin elmi fəaliyyətini ənənəvi hesabatdan yeni hesabat formatına keçirmək müasir rəqəmsal dövrün çağırışlarına tam uyğundur. Ən yüksək bal toplayanlar, ən yaxşı nəticə göstərənlər həm müvafiq qaydada mükafatlandırılacaq, həm də gələcəkdə institut daxilində müvafiq vəzifələrə vakant yerlərə seçim prosesində ən real namizəd olaraq həmin şəxslərə üstünlük veriləcək. Beləliklə, yeni kadr potensialı formalaşdıracaq və bir növ elmi işçilər gələcək karyeralarını özləri təyin edəcək”.

İclasda diqqətə çatdırılıb ki, elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinin əsasını 4 istiqamət – akademik jurnallarda məqalə nəşri, kitab çapı, beynəlxalq və respublika səviyyəli elmi konfrans materialları, eləcə də elmin populyarlaşmasında iştirak təşkil edir. Yeni bal sistemi dünya təcrübəsi əsasında hazırlanıb. Təklif olunan model 4 əsas bölmə üzrə hazırlanıb və onun alt meyarlarının hazırlanması da nəzərdə tutulub.

AMEA rəhbəri vurğulayıb ki, yeni bal sistemi institutlara göndəriləcək. Elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsini təmin etmək məqsədilə İşçi və Ekspert qrupları yaradılıb, elmi müəssisələrin öz təkliflərini sentyabr ayına qədər təqdim etmələri tapşırılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

Next

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved