PAYLAŞIN:

Futbol üzrə dünya çempionatında Xorvatiya Panama millisinə qalib gəlib.

Paraqraf.com-un məlumatına görə, Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.

Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, qrupun digər matçında İngiltərə və Qana milliləri qolsuz (0:0) bərabərə qalıblar.

 

 

Paraqraf.com 

Loading