Ukrayna Təhlükəsizlik Xidməti işğal olunmuş Krımdakı “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarına zərbələr endirib, nəticədə Rusiya ordusunun aviasiya texnikasının saxlanması üçün nəzərdə tutulan dörd anqar vurulub.
Paraqraf.com UNIAN-a istinadən xəbər verir ki, zərbələr “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri tərəfindən endirilib.
Aerodromlarla yanaşı, Kerç boğazı ərazisində Rusiya qoşunlarının HHM vasitələri də vurulub.
Bundan başqa, Kerç ərazisində S-400 zenit-raket kompleksinə aid iki qurğu və iki ədəd “Pantsir-S1” zenit raket kompleksi vurulub.
Ukrayna xüsusi xidmət orqanından bildiriblər ki, bu, həmin ərazidə “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin bölmələri tərəfindən vurulan dördüncü “Pantsir-S1” kompleksidir.
Paraqraf.com
![]()
