Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhliz üçün vahid tarif modeli hazırlayır
SİYASƏT

Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhliz üçün vahid tarif modeli hazırlayır

24 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyir.

Paraqraf.com “Akorda”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mediterranean Shipping Company” (MSC) şirkətinin vitse-prezidenti Eduard Ziqrist ilə görüşdə bildirib.

Onun sözlərinə görə, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflər bir sıra əsas infrastruktur layihələrini, o cümlədən Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsini, Azərbaycanla birlikdə dibdərinləşdirmə işlərinin aparılmasını, eləcə də Kurık limanının modernləşdirilməsini həyata keçirirlər.

Bununla yanaşı, tərəflər nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət konteynerləşdirmə səviyyəsinin artırılmasına yönəldilib ki, bunun da yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcəyi gözlənilir.

K.Tokayev dünyanın aparıcı konteyner daşıma şirkətlərindən birinin Qazaxıstan bazarında iştirakını yüksək qiymətləndirərək, bu gün Orta Dəhlizin inkişafının ölkə üçün strateji prioritet olduğunu qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Next

İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved