Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Neftçalada DOST filialının açılışı olub
MANŞET

Neftçalada DOST filialının açılışı olub

24 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Neftçala şəhərində DOST filialı fəaliyyətə başlayıb.

Paraqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov mərasim çərçivəsində filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

A.Əliyev DOST mərkəzlərinin yaradılmasını Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə də yüksək qiymət aldığını bildirib.

DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib.

Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 m2-dir.

10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi və s. barədə tapşırıqlar verib.

Qeyd olunub ki, indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Anar Əliyev Salyanda vətəndaşları qəbul edib

Next

Tramp İranı Hörmüz boğazında rüsum tətbiqi ilə bağlı xəbərdar edib

Copyright 2026— Praqraf.com. All rights reserved