Naxçıvanda 5 ayda 32 dövlət əmlakı özəlləşdirilib
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclar hesabına 32 dövlət əmlakı özəlləşdirilib.
Paraqraf.com-un məlumatına görə, özəlləşdirmədən daxil olan 105,2 min manat yerli büdcəyə ödənilib.
5 ayda Naxçıvanda 25 hərrac keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 % çoxdur. Hərraclardan 33,8 min manat xidmət haqqı daxil olub.
Bundan başqa, hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 99 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 68-i qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 93 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-may aylarında qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 357 min manata yaxın vəsait ödənilib. Son 1 ildə dövlət büdcəsinə daxilolmalar 26,2 % artıb.
Paraqraf.com
![]()