Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Kədər ürəyin işini fiziki olaraq dəyişə bilər
SAĞLAMLIQ

Kədər ürəyin işini fiziki olaraq dəyişə bilər

24 İyun 2026 1 Min Read
PAYLAŞIN:
Ulm Universitetinin alimləri müəyyən ediblər ki, uzunmüddətli kədər yalnız emosional vəziyyətə deyil, həm də ürək-damar sisteminin stressdən sonra bərpa olunma qabiliyyətinə fiziki təsir göstərir.
Paraqraf.com xəbər verir ki, tədqiqatın nəticələri “Biopsychosocial Science and Medicine” (BSM) jurnalında dərc olunub.
Yaxın insanın itkisi ən güclü həyat travmalarından biri hesab olunur. Psixoloji təsirlərlə yanaşı, kədər vəziyyəti orqanizmdə stress hormonlarının artması, yuxu pozuntuları və ürək-damar xəstəlikləri riskinin yüksəlməsi kimi fizioloji dəyişikliklər yaradır. Yeni araşdırma göstərib ki, mərhumla bağlı xatirələr belə qan təzyiqini real şəkildə yüksəldə bilər.
Tədqiqata 50–70 yaş arası 67 nəfər qatılıb. Onlar valideyn, həyat yoldaşı, bacı-qardaş və ya övlad itkisini 6–24 ay əvvəl yaşamışdılar. İlk mərhələdə iştirakçılar sakit vəziyyətdə istirahət ediblər, daha sonra onlardan itkini xatırlamaları və xüsusilə tənha olduqları anı təsəvvür etmələri istənilib.
Nəticələr göstərib ki, bu xatirələr bütün iştirakçılarda həm sistolik, həm də diastolik təzyiqin artmasına səbəb olub. Lakin ən diqqətçəkən nəticə uzunmüddətli yas yaşayan insanlarda qeydə alınıb.
Bu qrupda ilkin qan təzyiqi daha yüksək olub və stressdən sonra orqanizmin normaya qayıtması xeyli yavaşlayıb. Əksər iştirakçılarda təzyiq 10 dəqiqə ərzində azalmağa başlasa da, uzunmüddətli yas yaşayanlarda yüksək səviyyədə qalmağa davam edib.
Müəlliflərin fikrincə, bu gecikmiş bərpa prosesi mühüm bioloji siqnal ola bilər. Stress reaksiyasının tez “söndürülə” bilməməsi ürək və damar sisteminə əlavə yük yaradır və uzunmüddətli hipertoniyanın, eləcə də digər ürək-damar xəstəliklərinin riskini artıra bilər.
Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan-Türkmənistan münasibətləri yeni strateji mərhələyə yüksəlir

Next

Bu çay böyrəkləri dəstəkləyir və şişkinliyi azaldır, amma hər kəs üçün uyğun deyil

Copyright 2026— Praqraf.com. All rights reserved