Litva prezidenti hökumətin istefasını qəbul edib
Litva Prezidenti Gitanas Nauseda İnqa Ruqinenenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.
Paraqraf.com xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.
Nauseda, həmçinin baş nazir vəzifəsinə namizəd Mindauqas Sinkyaviçyusla görüşəcək, cümə axşamı isə onun namizədliyini Seymin müzakirəsinə təqdim edəcək.
Namizədliyi təsdiq ediləcəyi təqdirdə Sinkyaviçyus 15 gün ərzində prezidentlə razılaşdırılmaqla hökumətin tərkibini və proqramını təqdim etməlidir, bundan sonra Seymdə yeni hökumətin təsdiqlənməsi üçün səsvermə keçiriləcək.
Ruqinene bildirib ki, Sinkyaviçyus hələ ötən il ovaxtkı hökumət başçısı Qintautas Paluçkasın istefasından sonra ölkənin baş naziri olmalı idi: “İndi baş verənlər keçən il baş verməli idi. Bu addım təxirə salınmışdı”.
Qeyd olunub ki, Ruqinenenin baş nazir postunu tərk etdikdən sonra Sosial Təminat və Əmək Nazirliyindəki işinə qayıdacağı gözlənilir.
Paraqraf.com
![]()