PAYLAŞIN:

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

Paraqraf.com xəbər verir ki, Bakı təmsilçisi məlumat yayıb.

Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də baş tutacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” kollektivləri ilə qarşılaşacaq.

Paraqraf.com 

Loading