Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4100-ü keçib
DÜNYA

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4100-ü keçib

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Livanın Səhiyyə Nazirliyi 2 martdan 21 iyunadək olan dövrdə hərbi eskalasiya zamanı dinc əhali arasında qurbanlar barədə yekun statistikanı açıqlayıb.

Paraqraf.com xəbər verir ki, müvafiq məlumat “X” sosial şəbəkəsində yerləşdirilib.

“Hərbi eskalasiya başlayandan bəri öldürülən livanlıların ümumi sayı 4 106-ya, yaralıların sayı isə 12 153-ə çatıb”, – Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilib.

Açıqlanan məlumatlara əsasən, İsrail Hərbi Hava Qüvvələrinin ötən sutka ərzində ölkənin cənubundakı Nəbatiyyə əyalətində Livanın radikal “Hizbullah” qruplaşmasının obyektlərinə endirdiyi zərbələr 49 nəfərin ölümünə səbəb olub, daha 32 nəfər isə yaralanıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bazar günü İsrail aviasiyası zərbələri radikalların müdafiə mövqeləri tutduğu Əli-Tahər yüksəkliklərində cəmləşdirib. Bundan əlavə, Kfar-Tibnit yaşayış məntəqəsinə və Nəbatiyyə-əl-Fauqa ətrafına pilotsuz uçuş aparatlarının hücumları barədə məlumatlar daxil olub, nəticədə xəsarət alanlar var, onların dəqiq sayı müəyyənləşdirilməyib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Boliviya HHQ-yə aid təyyarə qəzaya uğrayıb, altı nəfər həlak olub

Next

Ermənistanda yük maşınının iştirakı ilə baş vermiş qəzada 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved