Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Çin ABŞ-nin 46 təşkilatına qadağa, 10 şirkətinə sanksiya tətbiq edib
DÜNYA

Çin ABŞ-nin 46 təşkilatına qadağa, 10 şirkətinə sanksiya tətbiq edib

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Çin ABŞ-nin 10 şirkətini milli ixrac nəzarəti qanununa və ikili təyinatlı malların ixrac nəzarəti qaydalarına uyğun olaraq ixrac nəzarətinə tabe olan şirkətlər siyahısına daxil edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Xinhua” agentliyi Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

“Bu tədbir milli təhlükəsizliyi və maraqları qorumaq üçün görülüb”, – məlumatda qeyd olunub.

Şirkətlər sırasına “Aveox”, “Ball Aerospace & Technologies Corp.”, “L3Harris Maritime Services” və digərləri daxildir.

Bundan əlavə, Çin sanksiya siyahısına daxil edilmiş ABŞ-nin 46 şirkətinin istehsal etdiyi məhsulların alınmasını qadağan edib.

Ölkənin Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, yeni tədbirlərə əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara “Lockheed Martin Corporation” və “Raytheon Missiles & Defense” şirkətləri daxil olmaqla adıçəkilən ABŞ şirkətlərinin məhsullarını almaq qadağan edilib.

Nazirlikdən bildirilib ki, bu tədbir Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlərə şamil edilmir.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şagirdlərin görünməz yükü: Akademik təzyiq və rəqəmsal dünyanın kölgəsində

Next

İran parlamentinin rəsmisi: ABŞ ilə danışıqlarda ali rəhbərin tapşırığına əməl edilməyib

Copyright 2026— Praqraf.com. All rights reserved