Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində “Məzun günü” keçirilib
ELM VƏ TƏHSİL

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində “Məzun günü” keçirilib

22 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinin (BİK) “Məzun günü” keçirilib.

Paraqraf.com xəbər verir ki, Dövlət Himni ilə başlayan mərasimdə Qurani-Kərimdən ayələr tilavət olunub.

“Məzun günü”ndə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rektoru Aqil Şirinov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda sözügedən təhsil müəssisələrinin ölkədə yüksəkixtisaslı dini kadrların hazırlanmasında mühüm rol oynadığı vurğulanıb, məzunların qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafına töhfə vermək istiqamətində uğurla tətbiq edəcəklərinə əminlik ifadə olunub.

Tədbir çərçivəsində Aİİ və BİK-in tələbələrinin ifasında Hüseyn Cavidin “Vətən”, Əliağa Vahidin “Vətəndir” və Həmzə Nigarinin “Qarabağ” şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub.

Daha sonra Aİİ-nin bakalavr və magistratura səviyyələri, eləcə də BİK-in məzunlarının çıxışları dinlənilib. Məzunlar təhsil aldıqları müddətdə qazandıqları bilik və təcrübəyə görə müəllimlərinə və İnstitut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Aİİ-nin ötən buraxılışlarının məzunları çıxış edərək təhsil aldıqları dövrə dair xatirələrini bölüşərək, hazırda fəaliyyət göstərdikləri sahələrdə əldə etdikləri uğurlardan danışıblar, gənc məzunlara tövsiyələrini çatdırıblar.

Tədbirdə tələbələrin ifasında Əsmaül-Hüsna və Nizami Gəncəvinin “Minacat” əsərindən ibarət ilahi təqdim olunub.

Daha sonra məzun andı səsləndirilib.

Tədbirdə Aİİ və BİK-in yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi-ictimai fəaliyyətdə aktiv iştirak edən müəllimləri və əməkdaşlari təltif olunublar.

Sonda məzunlarla xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun V, Bakı İlahiyyat Kollecinin isə I məzun buraxılışı olub.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda ötən il 598 nəfər məktəb və bağçalarda müxtəlif vəzifələrə işə təyin edilib

Next

Sabah Azərbaycanda 35 dərəcə isti gözlənilir

Copyright 2026— Praqraf.com. All rights reserved