Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“UFC-də məqsədim titul uğrunda döyüşməkdir” – Fərman Həsənov
İDMAN

“UFC-də məqsədim titul uğrunda döyüşməkdir” – Fərman Həsənov

21 İyun 2026 1 Min Read
PAYLAŞIN:

“UFC turnirinin Bakıda təşkil olunması ölkəmiz üçün çox böyük hadisədir. Dünyanın diqqəti həmin gün Azərbaycanda olacaq və bu tarixi turnirin bir hissəsi olmaq mənim üçün böyük qürurdur”.

Paraqraf.com Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək “UFC Fight Night” turniri öncəsi hazırlıq prosesi barədə danışarkən deyib.

O, UFC-dəki hədəflərindən də söz açıb:

“UFC mənim üçün hər zaman həm məqsəd, həm də arzu olub. Bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış edirəm. Amma mənim üçün bu hələ yolun başlanğıcıdır. UFC-də məqsədim özümü ən yüksək səviyyədə sübut etmək, ardıcıl qələbələr qazanmaq və titul uğrunda döyüşməkdir.

Özümü heç bir rəqibdən zəif hesab etmirəm və hər döyüşə qalib gəlmək niyyəti ilə çıxıram.

Doğma azarkeşlər qarşısında döyüşmək isə mənə əlavə motivasiya verir. Əlbəttə, məsuliyyət də böyükdür. Ancaq bunu təzyiq kimi yox, əlavə stimul kimi qəbul edirəm. Arenada minlərlə insanın dəstəyini hiss etmək hər bir döyüşçü üçün xüsusi hissdir.

Bütün azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasına möhtəşəm UFC gecəsinin canlı şahidi olmağa və həmyerlilərimizi dəstəkləməyə dəvət edirəm”.

Qeyd edək ki, “UFC Fight Night: Fiziev vs Torres” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Fərman Həsənovun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycana yay fəsli daxil olub

Next

İran rəsmiləri İsveçrədə iki raund danışıqlar aparacaq, danışıqların ilkin mövzusu bəllidir

Copyright 2026— Praqraf.com. All rights reserved