Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
DÜNYA

Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb

20 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Konqo Demokratik Respublikasında ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə çatdı.

Paraqraf.com-un Konqo Mətbuat Agentliyinə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Samuel Roje Kamba xəstəliyin hazırkı alovlanma ocağına çevrilmiş İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərində keçirilən mətbuat konfransı zamanı bəyan edib.

“Hazırda epidemioloji vəziyyət belədir: 933 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 245-i pasiyentlərin ölümü ilə başa çatıb. Ölüm göstəricisi 26 % təşkil edir. Stasionar müalicədə 416 nəfər var. 80 pasiyent tamamilə sağalıb və müalicə müəssisələrini tərk edib”, – Səhiyyə Nazirliyinin rəhbəri dəqiqləşdirib.

O, ebolanın yayılmasına qarşı mübarizədə nəzərəçarpan irəliləyiş olduğunu deyib. Nazir xüsusilə infeksiya hallarının diaqnostikası prosesinin yaxşılaşmasına və yerli əhalinin tibbi strukturlara olan etimad səviyyəsinin yüksəlməsinə diqqət çəkib.

Kamba vurğulayıb ki, regionda təmasda olan şəxslərin sistematik şəkildə izlənilməsi daha çox sayda xəstənin aşkarlanmasına kömək edir. Bununla yanaşı, vətəndaşların ixtisaslaşdırılmış müalicə mərkəzlərinə müstəqil şəkildə müraciət etməsi ilə bağlı müsbət dinamika qeydə alınır. O həmçinin ebola xəstələrini qəbul edən tibb müəssisələrinin imkanlarının genişləndirildiyini dəqiqləşdirib.

“Belə xəstələr üçün xəstəxana yerlərinin sayı 516-ya qədər artırılıb. Ebola qızdırmasına yoluxanların müalicəsi üzrə fəaliyyət göstərən mərkəzlərin güclərinin artırılması istiqamətində işlər davam edir”, – nazir qeyd edib.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır

Next

Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir

Copyright 2026— Praqraf.com. All rights reserved