Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” – Fiziyev Bakıya qayıtdı
İDMAN

“Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” – Fiziyev Bakıya qayıtdı

20 İyun 2026 1 Min Read
PAYLAŞIN:

İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku turnirinin əsas döyüşünün iştirakçısı Rafael Fiziyev artıq Bakıdadı.

UFC-nin ulduzunu Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşləri və yaxınları qarşılayıblar.

“Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdi. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq. Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündü. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdı. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq”.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri iyunun 27-də tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziev və Manuel Torres oktaqonda üz-üzə gələcəklər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UFC Tahir Abdullayevi SEÇDİ

Next

“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb

Copyright 2026— Praqraf.com. All rights reserved