PAYLAŞIN:

3×3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün start götürəcək.

Paraqraf.com-un məlumatına görə, “Neftçi SOCAR” və Azərbaycan millisi turnirə qatılacaq.

Yığma mübarizəyə seçmə mərhələdən başlayacaq. Komanda A qrupunda, saat 10:00-da Tailand, 10:50-də Litva ilə üz-üzə gələcək.

“Neftçi SOCAR” əsas mərhələnin A qrupunda “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq saat 16:05 və 17:55-də start götürəcək.

Xatırladaq ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.

 

Paraqraf.com 

Loading