Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib
MANŞETMƏDƏNİYYƏT

Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirilib

19 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə birliyin təsisçisi və sədri Aynur İsayeva, təsisçi və sədr müavini Çingiz Bayramov, icraçı direktor Şaiq Xəlilov, İdarə Heyətinin üzvü Sübut Mehdiyev, qazi Kamil Babayev, millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər və müxtəlif ictimai qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə millət vəkilləri Aqil Abbas, Rövşən Muradov və Aydın Mirzəzadə çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şərəfli döyüş yolundan, Vətənə və dövlətə sədaqətlə xidmətindən, göstərdiyi misilsiz igidlik və qəhrəmanlıq nümunəsindən ətraflı danışdılar. Natiqlər Mübariz İbrahimovun təkcə Azərbaycan əsgərinin cəsarət rəmzi deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün örnək bir şəxsiyyət olduğunu vurğuladılar. Çıxışlarda onun xalqımızın qürur mənbəyinə çevrilən qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi qeyd edildi.

Çıxış edənlər Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi misilsiz şücaətdən, Vətənə bağlılığından və Azərbaycan gəncliyi üçün örnək olan qəhrəmanlıq yolundan bəhs ediblər. Bildirilib ki, onun adı xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlığı isə gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi aşılanacaq.

Tədbir iştirakçıları şəhidimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar.

Çıxışlarda Mübariz İbrahimovun keçdiyi şərəfli ömür və döyüş yolundan söz açılıb, onun qəhrəmanlığının Azərbaycan gəncliyi üçün örnək olduğu vurğulanıb. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının vacibliyi qeyd olunub, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi borcu olduğu bildirilib.

Qeyd edilib ki, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyi şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanılması istiqamətində mütəmadi layihələr həyata keçirir. Birlik bu istiqamətdə bir sıra sosial və xeyriyyə aksiyalarına da imza atıb.

Belə ki, Ramazan bayramı ərəfəsində təşkilatçı İsfəndiyar Axundovun dəstəyi ilə 200-ə yaxın şəhid ailəsi üçün geniş iftar süfrəsi təşkil olunub. Tədbir çərçivəsində şəhid ailələri ilə görüşlər keçirilib, onların qayğı və problemləri dinlənilib, mənəvi dəstək göstərilib.

Qurban bayramı münasibətilə isə yenidən İsfəndiyar Axundovun təşəbbüsü və dəstəyi ilə 200-ə yaxın qazi üçün qurban süfrəsi təşkil olunub, eyni zamanda onlara ərzaq məhsullarından ibarət qurban payları təqdim edilib.

Birliyin rəhbərliyi bildirib ki, həyata keçirilən bütün layihələrin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, şəhid ailələri və qazilərimizi diqqət və qayğı ilə əhatə etməkdir.

Sonda vurğulanıb ki, qarşıdakı dövrdə də vətənpərvərlik ruhunun təbliği, şəhid ailələri və qazilərin sosial dəstəklənməsi istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə ictimai həmrəyliyin gücləndirilməsi, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və qəhrəmanlarımızın həyat yolunun geniş şəkildə təbliği əsas prioritetlərdən biri olaraq qalacaq.


 

Aynur Nadirqızı
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Next

Qızıl və Bitkoin ucuzlaşıb

Copyright 2026— Praqraf.com. All rights reserved