Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb
ELM VƏ TƏHSİL

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti uzadılıb

19 İyun 2026 2 Min Read
PAYLAŞIN:

Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb.

Bu barədə Paraqraf.com-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı:

  1. Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası;
  2. Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
  3. Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi;
  4. Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi;
  5. Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
  6. Bakı şəhəri texniki-humanitar lisey;
  7. Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi;
  8. Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi;
  9. Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi;
  10. Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey;
  11. Bakı şəhəri Rəqəmsal biliklər liseyi;
  12. Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası;
  13. Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey;
  14. Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey;
  15. Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey;
  16. Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey;
  17. Şəki şəhəri kimya və biologiya təmayüllü lisey;
  18. Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
  19. Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
  20. Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
  21. Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey;
  22. Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey;
  23. Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey;
  24. Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika “Təmayüllü lisey” publik hüquqi şəxsi;
  25. Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya;
  26. Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey;
  27. Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
  28. Sumqayıt şəhəri “Təfəkkür” liseyi;
  29. Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya;
  30. Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi;
  31. Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey;
  32. Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
  33. Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey;
  34. Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya;
  35. Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey;
  36. Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey;
  37. İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyi;
  38. Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
  39. Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey;
  40. Naxçıvan Qızlar liseyi.
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Next

Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 105 il ötür

Copyright 2026— Praqraf.com. All rights reserved