PAYLAŞIN:

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.

Paraqraf.com-un məlumatına görə, son olaraq Nizami İmranov (66 kq) bürünc medal uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyeklə üz-üzə gəlib.

Rəqibini məğlub edən milli üzvü bürünc mükafata sahib çıxıb.

Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

Xatırladaq ki, “Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

Paraqraf.com

Loading