Hindistanda iki nəfəri öldürən pələngin axtarışı aparılır
Hindistanın Uttar-Pradeş ştatında iki nəfəri öldürdüyü ehtimal olunan pələngin axtarışları aparılır.
Paraqraf.com “The Times of India” nəşrinə istinadən xəbər verir ki, iyunun 14-də yırtıcı Ramnaqar kəndi yaxınlığında şəkər qamışı yığan 60 yaşlı fermerə hücum edib.
Ertəsi gün qonşu kəndin 50 yaşlı sakini hücumun qurbanı olub. Daha sonra yerli sakinlər onun qalıqlarını tapıblar.
Meşə təsərrüfatı departamenti nümayəndələrinin ehtimalına görə, hadisə yerləri bir-birindən təxminən 2,5 km aralıda yerləşdiyindən hər iki hücumu eyni pələng törətmiş ola bilər.
Heyvanı tutmaq üçün ərazidə yemli qəfəslər və tələlər quraşdırılıb, həmçinin dronlardan istifadə edilməklə ərazinin monitorinqi aparılır.
Nəşrin məlumatına görə, son iki ayda bu ərazidə altı nəfər vəhşi heyvanların qurbanı olub.
Paraqraf.com
![]()