Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir
SİYASƏT

Azərbaycan Çinin Sıçuan əyaləti ilə iqtisadi əməkdaşlığı genişləndirir

18 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Azərbaycan və Çinin Sıçuan əyaləti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələr üzrə potensial tərəfdaşlıq imkanları müzakirə olunub.

Bu barədə Paraqraf.com-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Sıçuan Əyalət Komitəsinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Y.Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə danışıb.

CCPIT-nin Sıçuan Şurasının və Siçuan Beynəlxalq Ticarət Palatasının prezidenti xanım Lyu Furonq təmsil etdiyi qurumun fəaliyyəti, Sıçuan əyalətinin iqtisadi potensialı və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Görüş zamanı “yaşıl enerji”, qida, içki və kənd təsərrüfatı sənayesi, logistika və təhsil sahələrində potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Qarşı tərəf Azərbaycanı cari ildə Sıçuanda keçiriləcək beynəlxalq sərgi və tədbirlərdə iştirak etməyə, həmçinin sənaye parklarının fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Bu müstəvidə, birgə sənaye parklarının yaradılması sahəsində təcrübə mübadiləsi, eləcə də insan kapitalının inkişafı və sözügedən istiqamət üzrə təlimlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın mobil rabitə gəlirləri mayda 10 % artıb

Next

İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır

Copyright 2026— Praqraf.com. All rights reserved