Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Qızı qəzada həlak olan vəkil: “Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir”
HADİSƏ

Qızı qəzada həlak olan vəkil: “Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir”

17 İyun 2026 1 Min Read
PAYLAŞIN:

Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi.

Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq’.

“Cebheinfo.az” xəbər verir ki, bunu 17 yaşlı qızı dünən Bakı-Sumqayıt yolunda qəzada həlak olmuş tanınmış vəkil Fərhad Mehdiyev yazıb.

“Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır. Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. Bu yazının altında “Allah rəhmət eləsin” də yazmayın. O deyil.

Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək”,-deyə o bildirib.

Xatırladaq ki, hadisə dünən baş varib. Onun qızı bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumata görə, F.Mehdiyevin qızının idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub.

Xəsarət alan qızın həyatını xilas etmək mümkün olmayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Beşiktaş” Danimarka klubu ilə qarşılaşacaq

Next

Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb

Copyright 2026— Praqraf.com. All rights reserved