Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Nigar Köçərli ilə “Liv Bona Dea” çəkişməsi GƏRGİNLƏŞİR
HADİSƏ

Nigar Köçərli ilə “Liv Bona Dea” çəkişməsi GƏRGİNLƏŞİR

17 İyun 2026 1 Min Read
PAYLAŞIN:

“”Liv Bona Dea” ilə növbəti məhkəmə iclası bu gün baş tutdu. Təkidlə məhkəmədən hadisələrin baş verdiyi yerlərdə olan videogörüntünün təqdim edilməsini tələb etdik. Məhkəmə keçən iclasda vəsatətimizi təmin etməsinə və “Liv Bona Dea” tərəfindən videogörüntülərin təqdim edilməsi barədə qərar çıxarmasına baxmayaraq, “Bona Dea” rəhbərliyi videogörüntünü gah silindiyini, gah da həmin yerlərdə kameraların olmadığını bildirdi”.

Paraqraf.com xəbər verir ki, bunu  sözügedən klinika ilə məhkəmə çəkişməsi davam edən, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, “Liv Bona Dea”-nin baş meneceri Taner Özbək videoların mövcud olduğunu deyib:

“Amma onun tərəfindən həmin videolara baxış keçirildikdə,  xüsusi heç nə olmadığı müəyyən edildiyinə görə videogörüntünü saxlamayıblar. Halbuki mənim əməliyyata aparılmağımın, Şahbaz bəylə xəstəxanadan çıxmağım və digər paylaşımlarımla heç bir əlaqəsi olmayan videogörüntüləri məhkəməyə təqdim edirlər. 

Təqdim etdikləri videogörüntülərin mənim paylaşımlarımla heç bir əlaqəsi olmamasından savayı, o videogörüntülərdə də xüsusi heç nə yoxdur. Əgər bir yerdə videogörüntülərdə xüsusi heç nə müəyyən edilməyib deyə həmin görüntülər saxlanılmırsa, nəyə görə digər yerdə olan heç bir mənası olmayan videolar məhkəməyə təqdim edilir? 

Sual odur ki, nə əcəb bəzi videolar saxlanılıb (maraqlı təsadüf: məsələyə heç bir aydınlıq gətirməyən), bəzilər isə silinib (məsələyə tam aydınlıq gətirə bilən)? Üstəlik, yenə iclas zalında Taner Özbək tərəfindən  mən də, vəkilim də kobud rəftara məruz qalmışıq. Növbəti iclas iyulun 7-də  olacaq”.

Qeyd edək ki, N.Köçərli bir neçə ay öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adıçəkilən xəstəxanada əməliyyatdan sonra rəftarla üzləşdiyini demişdi. Xəstəxana isə iddiaları qəbul etmir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Köçəryanın toxunulmazlığı ləğv edildi – Cinayət işi açılacaq

Next

“Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmə başlayıb

Copyright 2026— Praqraf.com. All rights reserved